Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı

Rusiya Energetika Nazirliyinin qənaətincə, bu il neftin bir barelinin orta illik qiyməti 30 ABŞ dollarından bir qədər çox olacaq.

Bu barədə Nazirliyin departament direktoru Aleksandr Qladkov onlayn konfransda çıxışında bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkənin 2035-ci ilədək enerji strategiyasında neftin yüksək qiyməti nəzərdə tutulmadığından hazırkı böhranda istehsalat göstəriciləri dəyişməyəcək. Belə ki, strategiyaya əsasən, Rusiyada neft və qaz kondensatının illik hasilatı 2024-cü ilədək 556-560 milyon ton, daha sonra isə vəziyyətə görə 490-555 milyon ton səviyyəsində, qaz hasilatı isə 2024-cü ilədək 795,1 - 820,6 milyard kubmetr, sonrakı dövrdə isə 859,7 milyard - 1 trilyon kubmetr həcmində nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ildə neftin orta illik qiyməti 63 dollar/barel səviyyəsində olub. (Report.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »