Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novak: Bu ilin II yarısında neft qiymətlərinin artımı daha nəzərə çarpan olacaq

Bu ilin ikinci yarısında bazarda tarazlaşma və neft qiymətlərinin artımı daha nəzərə çarpan olacaq.

"APA-Economucs"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

O, bu ilin may ayından bazarın tədricən tarazlaşacağını gözləyir.

A. Novak onu da qeyd edib ki, digər ölkələr, söz verildiyi kimi, "OPEC+" ( Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) qoşulsalar, qlobal gündəlik neft hasilatının azalması 15-20 mln. barelə çata bilər.

Bununla yanaşı, Energetika naziri, bazarda böyük həcmdə əmtəəlik neft olduğu üçün qiymətlərin böhrandan əvvəlki səviyyəyə qədər sürətlə artmasını gözləməməyə çağırıb.

Qeyd edilir ki, "OPEC+" ölkələrində iri neft şirkətləri hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »