Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Mənzil İnşaatı Dövlət Agentliyinin(MİDA) növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu hovsan.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə MİDA-nın saytında məluumat verilib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq hazırlanmış portal istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradacaq.

İstifadəyə verilmiş yeni internet səhifəsi hər kəs üçün Hövsan Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir.Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Hövsan Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola biləcəklər.

Bununla yanaşı, Hövsan Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »