Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrədə koronavirusa yoluxanların sayı 30 000-ə çatır

İsveçrədə ötən sutka ərzində 100 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə Administrasiyası açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində ölkədə COVID-19-dan 27 ölüm qeydə alınıb.

Beləliklə, Mərkəzi Avropa ölkəsində indiyədək 29 264 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 1 380 nəfəri ölüb.

Qeyd edək ki, İsveçrə məhdudlaşdırıcı tədbirləri ləğv etməyə başlayıb. Bu, üç mərhələli şəkildə olacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 081 000-i ötüb. Bunların 931 836 nəfəri sağalıb, 212 337 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »