Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google"un texniki direktorundan ilginc proqnozlar: Qocalığın qarşısı alınacaq

Google şirkətinin texniki direktoru Rey Kurisvel öz sahəsinin istedadlı mütəxəssisi olmaqla yanaşı öncələr heç kimin ağlına gəlməyən texniki yenilikləri heyrətamiz dəqiqliklə proqnozlaşdırmaq qabiliyyəti ilə də şöhrət tapıb.

Bəşəriyyətin öz möcüzə dövründə yaşadığını deyən Rey yaxın 83 ilin texniki yenilikləri ilə bağlı proqnozları təqdim edib.

Rey Kurzweil

Öngörülərə inanmayanların diqqətinə çatdırım ki, dövrün ən uğurlu futuroloqu hesab edilən Rey Kurisvelin yazdığı 7 kitabdan beşi 20 nüfuzlu doktorluq səviyyəsinə layiq görülüb və 3 ABŞ prezidenti onu fərqlənmə nişanı ilə təltif edib.Bill Qeyts onu süni intellektin proqnozlaşdırılması sahəsində ən yaxşı mütəxəssis hesab edir. O gözdən əlillər üçün ilk planşet skanerin yaradıcısıdır. Maraqlıdır ki, gələcəklə bağlı verdiyi proqnozlar bu günə qədər dəqiqliklə reallaşıb.

Beləliklə onun proqnozlarını təqdim edirik:

2020 - Fərdi kompüterlərin gücü insan beyni ilə müqayisə olunacaq.

2021 - Yer kürəsinin yalnız 15 faizində kabelsiz internet olmayacaq.

2022 - Avropa və Amerika qanunvericiləri insanlar və robotlar arasında münasibəti tənzimləyən qanunlar qəbul edəcəklər.

2024 - Süni intellekti olmayan avtomillərdə hərəkətə icazə verilməyəcək.

2025 - İmplant qadçetlər bazarı adi hal olacaq.

2026 - Qocalıq prosesi ilə effektiv mübarizə başlayacaq və insanın ömrü nanorobotlar, digər texnologiyalar vasitəsilə uzanacaq.

2027 - Şəxsi robotlar sizin işinizi görməyə başlayacaq

2028 - Günəş enerjisi bəşəriyyətin bütün enerji tələbatını ödəyəcək

2029 - Kompüter stimulyasiyası üzərində işlər öz bəhrəsini verəcək. Fərdi kompüterlər Tyurinq testini keçəcək və şüur nümayiş etdirəcək.

2030 - Nanotexnologiyaların ulduz saatı - onlar hamı üçün əlçatan olacaq.

2031 - İstənilən ən yaxın xəstəxanda 3D printerdə insanların bütün orqanları çap ediləcək.

2032- Nanorobotlar insan hüceyrələrində qayda yaradacaq.

2033 - Yol yoldaşınız özü idarəolunan avtomobillər olacaq.

2034 - Hər kəs öz viryual boyfrendini öz istəyinə görə kompüterdə yarada biləcək.

2035 - Kosmik texnikanın gücü Yerin astroidlərlə qoqquşmasının qarşısını alacaq gücə çatacaq.

2036 - Xəstəliklərin müalicəsi üçün insan hüceyrələrini proqramlaşdırmaq mümkün olacaq.

2037 - İnsan beyninin açılmamış şifrələri çox az olacaq

2038 - Robotlaşmış insanlar üzə çıxacaq

2039 - İnsan virtual reallığa tamailə baş vuracaq, nanomaşınlar birbaşa beyinə implant ediləcək.

2040 - Axtarış sisteminə malik qadcetlər insan orqanizmində yerləşib uyum saxlayacaq. Qadcetlər səs və fikir yolu ilə idarə olunacaq, nəticə eynək və ya linzalarda görünəcək.

2041 - internetin buraxılış qabiliyyəti 500 milyon dəfə yüksələcək.

2042 - Ölümsüzlük barədə düşüncələr artıq fantastika olmayacaq, nanorobotlar immun sistemini əvəz edəcək.

2043-  Daxili orqanların kibernetik qurğularla əvəzlənməsi sayəsində insan öz bədən formasını dəyişə biləcək.

2044 - Süni intellekt bioloji intellektdən milyard dəfə ağıllı olacaq.

2045 - Sonun başlanğıcı - Yer kürəsi bir böyük kompüterə çevriləcək.

2099- Texniki sinqulyarlıq bütün kainatı zəbt edəcək.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »