Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qan qusuram, 240 manatla 3 balamı necə saxlayım...”

Bizimyol.info redaksiyasına şikayət daxil olub. 3 azyaşlı balasını tək başına böyüdən ana kömək istəyir.

Rzayeva Günel 31 yaşı var. Həyat yoldaşı 7 il öncə rəhmətə gedib. 15, 14 və 10 yaşlarında 3 övladı var. Bakı şəhəri Xəzər rayonu, Şərq küçəsi 14-də qeydiyyatdadır, amma kirayədə yaşayır.

Günel Rzayeva

Öz dediyinə görə,ailə başçısını itirdiklərinə görə 240 manat dövlət yardımı alır.Bütün ümidi bu 240 manata bağlıdır.

“Sinəmdən əməliyyat olunmuşam, bir dəfə də olunmalıyam.Şiş var idi. Uşaqlarım bilsin istəmirəm, amma deməsəm də onlar üçün pis olacaq. Qan qusuram. Xəstəyəm. “Kolizey” şadlıq sarayında qabyuyan işləyirdim. Qan qusan insanı hansı rəhbər saxlayar. Atdı məni işdən. Amma dekabrda öyrənmişəm ki, adım işdə gedir. Buna görə, o 190 manatı da ala bilmədim. Mənə hansısa başqa bir müavinət düşürmü, bunu bilmək istəyirəm. 240 manatla dolana bilən varsa deyin, mən də susub oturum. Ev yiyəsi kirayə pulunu istəyir. Qalmışam naçar. Öncələr işləyib bir təhər ödəyirdim. İndi virusa görə o imkan da əldən gedib.”,- deyə Günel xanım bildirb.

Günel Rzayevanın problemini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətinə mütləq çatdıracağıq. Hələlik məlum məsələlərlə bağlı zənglərimizə cavab verilmir. Ümid edirik, ümidlə gözlərini kömək üçün yollara dikən 3 gül balanın və çətin vəziyyətdə qalmış ananın harayı cavabsız qalmaz.

İlhamə

Paylaş »
››› Andranikin qulağını kim kəsmişdi... - Adı az çəkilən Zəngəzur qəhrəmanı
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »