Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sabah"ın baş məşqçisi: "Mövsümü başa vurmaq vacibdir"

"Deviç həm futbolçu, həm insan, həm də lider kimi özünü təsdiqləmiş futbolçudur".

Bu fikirləri "Report"a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç Serbiya əsilli ukraynalı futbolçu Marko Deviçin komandadan ayrılmasına və karyerasını bitirməsinə münasibət bildirərkən deyib.

Xorvatiyalı mütəxəssis 37 yaşlı hücumçu üçün darıxacaqlarını söyləyib: "Həm onun özü, həm də qolları üçün darıxacağıq. Deviç çox önəmli futbolçu idi. Premyer Liqada "Sabah" üçün xeyli vacib qollar vurub. Qərarına hörmətlə yanaşıram".

J.Sopiç koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının mayın 23-də mümkün bərpası ilə bağlı da danışıb: "Çempionatın bərpası ilə bağlı nikbinəm. Ümid edirəm ki, Premyer Liqa göstərilən tarixdə bərpa olunacaq və biz sevimli oyunumuza qayıdacağıq. Mövsümü başa vurmaq vacibdir".

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »