Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"190 manat" müəmması davam edir: Uydurma iş yerləri kimə lazımdır...

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb. Elə bu münasibətlə də redaksiyamıza müraciətlərin ardı arası kəsilmir. Onlarla insan qeydiyyata düşə bilmədiklərini yazır, yardım istəyirlər.

Öncə qeyd edək ki, qeydiyyat başa çatsa da, İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramının icrası davam edir

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Bizimyol.info-ya bildirib ki, “birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.

Ona görə də kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın. Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək. Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb.

Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq.

Ünvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək”.

Bəs qeydiyyata düşə bilməyənlər necə olacaq? Nazirlik "saytımıza giriş rekord vurub"la yox, cavabsız suallarla pərən-pərən saldığı vətəndaşa çata biləcək aydın cavablarla da öyünməli idi. Verilən cavabları isə başa düşmək, bir yerə yığıb analiz etmək üçün “Tarixi Nadiri” oxumaq yetmir.

İnsanlara VÖEN açdırıb işə götürmək oyunu ƏƏSMN Səlim Müslümovun dövründə başlamışdı. Asan imza oyunları, boş yerə alınan nömrələr, hər ay onlara vurulan 1 manatlar da ayrı bir mövzu.

Statistikaya görə məmləkətdə 1 milyona yaxın fərdi sahibkar var, amma nə işlə məşğuldurlar bilinmir, onların ÜDM-də payı 5%-dən aşağıdır.

Redaksiyamıza zəng vuran Həqiqət xanım bildirib ki, işdən 5 ay öncə ayrılsa da, adı işdə sayılır və buna görə ehtiyacı olduğu 190 manatı ala bilmir.

Nazirliyə “Əmək müqaviləsi bildirişi” e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilən vətəndaşlar tərəfindən bu şəkildə yüzlərlə müraciətlər daxil olub. Bunlara cavab olaraq nazirlik bildirib ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilməlidir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir.

Qeyd olunan şəxslər e-sosial.az portalından öz əmək müqaviləsi bildirişlərinə baxmaqla həmin bildirişləri e-sistemə daxil edən işəgötürənlər haqqında məlumatları əldə edə bilərlər. İşəgötürən vəfat etdiyi halda, vətəndaş işəgötürəni tapa bilmədikdə və ya vətəndaşın hər hansı əmək hüququnun pozulması halı qeydə alındıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər”.

190 manat 190 sual yaradıb.

İqtisadçı alim Qubad İbadoğlu yaranmış sualları bu şəkildə komplektləşdirib.

Qubad İbadoğlu Qubad İbadoğlu

- Aprel ayında nə qədər işsiz qedyiyyata alınıb, nə qədər işaxtaran işsiz kimi qeydiyyata alınmaqdan imtina edilib. Hazırda ölkədə nə qədər işsiz var?

- Birdəfəlik yardım üçün müraciət edənlərin sayı nə qədərdir, onların neçə faizinə yardım verilib və neçə faizindən imtina olunub? Yardım alanların siyahısı ilə nə vaxt və hardan tanış olmaq olar?

- Sosial işə cəlb edilənlərin sayı nə qədərdir? Onların hazırda əsas məşğuliyyətləri nədir?

- Passiv VÖEN-ə görə imtina alanlar yenidən necə müraciət edə bilərlər? İmtina cavabı alanların apelyasiya şikayəti necə təmin olunur?

- İşsiz statusuna bağlı olan birdəfəlik yardım ödənişində nədən məhdudlaşdırıcı normalar şəxsə deyil, ailəyə münasibətdə tətbiq edilir? Aztəminatlı işsizlər nə deməkdir? Belə termin hansı qanunvericilikdə təsbit olunub?

- Hansı qanuni əsasla adına əmlak olan, kənd təsərrüfatı üçün yararlı torpağı olmayan işsiz şəxlərə birdəfəlik yardım ödənilmir? Bu hansı qanunla tənzimlənir?

- Aylıq 80 manat müavinət alan Qarabağ müharibəsi iştirakçıları, əlillərə baxmaq üçün 50 manat müvainət alan işsiz şəxslər, 130 manat qocalıq müavinət alan ahıl yaxlı adamlar, ayda 33 və ya 60 manat çörək pulu alan məcburi köçkünlər, ailə başçısını itirməyə görə 80 manat alan yetimlər, 1-ci, 2-ci və 3-cü qrup əlillər hansı sosial ədalət prinsipinə görə, birdəfəlik yardım almaqdan kənarlaşdırılıb?

Son olaraq ƏƏSMN-dən bildirilib ki amma bununla bərabər məsələlərin hər biri yenidən araşdırılacaq və bundan sonra problemin nə ilə əlaqədar olduğu aydınlaşdırılacaq.

İlhamə Rəsulova

Paylaş »
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »