Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC Ölkənin Şimal və Qərb regionlarında sosial aksiya həyata keçirir

Karantin rejimində maddi ehtiyacı olan Şimal və Qərb regionları sakinlərinə ”Azərişıq” ASC əməkdaşları tərəfindən ərzaq sovqatları paylanılıb.

Bizimyol.info-ya bu barədə ”Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Şimal regionunda Quba və Xaçmaz rayonu, Qərb regionunda isə Gəncə şəhəri, Samux,Tovuz,Göygöl,Ağstafa,Daşkəsən,Gədəbəy,Qazax və Şəmkir rayonlarının müxtəlif qəsəbə və kəndlərində həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 700-dən çox ailə faydalanıb.

Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə baş tutan bu aksiya sıravi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.Sakinlər Ölkə başçısı və aksiya təşkilatçılarına öz minnətdarlığını ifadə ediblər.

#Evdəqal çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədi daşıyır və digər regionlarda da davam etdiriləcəkdir.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »