Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maykl Essyen: "Donald Gerye dəvət etsə, gedəcəyəm"

"Səbail" klubunun futbolçusu Maykl Essyen Azərbaycanda karantin zamanı vaxtını necə keçirdiyini açıqlayıb.

"Report"un məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi "Neftçi"nin haitili futbolçusu Donald Gerye ilə "Instagram"da canlı söhbət edib.

Essyen karantin vaxtı yalnız evdə qaldığını və eyni zamanda "Zoom" tətbiqetməsi vasitəsi ilə komanda yoldaşları ilə birlikdə məşq etdiyini bildirib: "Karantin vaxtı gedəcəyim yer yoxdur. Komandamız məşq üçün "Zoom" proqramından istifa edir, məşqdən sonra evdə istirahət edirəm. Bəzən Qana musiqisinə də qulaq asıram".

Essyen Geryedən dəvət alacağı təqdirdə Haitini ziyarət edəcəyinə söz verib. "O, məni Haitiyə dəvət etsə, səyahət etməyi sevdiyim üçün gedəcəyəm".

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. Donald Gerye isə cari mövsümdən "Neftçi"nin formasını geyinir. Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunacağı açıqlanıb.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »