Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsmayıllıda məmurun saxlanılması əməliyyatı - Video

Xəbər verdiyimiz kimi, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.

Bundan başqa, o, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyib. (Qafqazinfo.az)

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »