Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zooparklarda heyvanlar acından ölmək təhlükəsi yaşayır - Video

Pandemiya bir çox iqtisadi, sosial sahələri iflic edib. İnsanlar aclıq təhlükəsi ilə üz-üzə qalıb. Heç heyvanların da vəziyyəti yaxşı deyil.

Bizimyol.info xəbər verir ki, zooparklarda acınacaqlı vəziyyət yaranıb. Heyvanlar acından ölmək təhlükəsi yaşayır. “Euronews”un reportajında bundan danışılıb.

İngiltərənin Dartmut zooparkının direktoru Kerol Conas deyir ki, vəziyyət çox pis olduğundan, heyvanlara münasibətdə hətta evtanaziya haqqında düşünməyə başlayıblar: “Əslində, bu, ən pis ssenaridir. Belə bir şey baş verməməlidir. Əlimizdən gələni edəcəyik ki, evtanaziyaya əl atmayaq”.

Pələnglər, pinqvinlər, samurlar ciddi sıxıntı keçirməyə başlayıb. Heyvanların yeməyini çatdırmaq olmur. Üstəlik, hələ zoopark işçilərinə də məvacib verilməlidir. “Heyvanların müalicəsinə də vəsait lazımdır. Haradan alaq pulu?”, - Kerol Conasın ritorik sualına da cavab tapılmalıdır.

Fransanın Brest şəhərində yerləşən “Okeanopolis” okeanariumu iki aya yaxındır işləmir. Halbuki hər il 430 minə yaxın ziyarətçi qəbul edirdi. Okeanariumun direktoru Stefan Mobi nikbin danışa bilmir: “Vəziyyət heç yaxşı deyil. Martın 17-dən heç bir qazanc yoxdur. Bu günə qədər 1 milyon avrodan çox itirmişik”.

Yunanıstanın paytaxtı Afinadan çox da uzaqda yerləşməyən Spata şəhərciyindəki zooparkda da vəziyyət fərqli deyil. Heyvanxananın əməkdaşları, heç olmasa, mayın ortalarında karantin rejiminin bitəcəyinə ümid edir.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »