Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə son 10 ildə hərbi xərcləri kəskin artırıb

Türkiyənin orduya xərclədiyi pul son 10 ildə 86% artıb.

Bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun bu gün yayılan araşdırmasında bildirilib.

Bu artım nəticəsində Türkiyədə hərbi xərclər 20,4 milyard ABŞ dollarına yüksəlib. Siyahıda 15-ci yerə qərarlaşan Türkiyə İsraildən sonra 16-cı yeri tutub.

Dünya ölkələri ötən il orduya ümumilikdə təxminən 2 trilyon ABŞ dollarına yaxın vəsait xərcləyib. İlk beşlikdə ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı yer alıb ki, bu beş ölkənin hərbi xərcləri dünya üzrə göstəricinin 62%-ni təşkil edir.

Sıralamanı 6-cı yerdə Almaniya davam etdirir. Hərbi büdcəsini 10% artıraraq 49,3 milyard ABŞ dollarına çatdıran Almaniya Avropada artım tempinə görə liderdir.

Qeyd edək ki, 15-likdə olan ölkələrdən yalnız 6-sı NATO ölkəsidir. (Report.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
››› Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub
Son xəbərlər
Bütün xəbərlər »