Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirə gedəcək

“Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində ölkə ərazisində təlim-tərbiyə prosesi dayandıqdan sonra məcburi boşdayanmanın mənfi effektlərinin aradan qaldırılması üçün müxtəlif üsullardan istifadə edildi”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, dərslər dayanandan cəmi 1 həftə sonra, martın 11-də ilkin olaraq “Mədəniyyət” kanalında teledərslərə start verilib: “Bir neçə gün sonra Azərbaycan bölməsinə Rus bölməsi də əlavə olundu, daha sonra məktəbdənkənar, məktəbəqədər, peşə təhsilini əhatə edən dərslər də tədris olunmağa başladı. Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirə gedəcək. Bu layihədən 1 milyon 600 min şagird yararlanır. Azərbaycan dövləti bu istiqamətdə regionda ilk, dünyada ilklərdən biridir. Orta hesabla Azərbaycan dövlətinin təcrübəsindən 1 ay sonra digər dövlətlər də bu təcrübəyə başladı. Növbəti mərhələdə layihənin məntiqi davamı olaraq “Virtual məktəb” layihəsinə start verildi”.

C. Bayramov bildirib ki, indiyədək “Virtual məktəb” portalında 650 min nəfər qeydiyyatdan keçib. Onlardan 600 mini şagird, 50 mini isə müəllimdir: “Eyni zamanda nazirlik tərəfindən müxtəlif onlayn yanaşmalar hazırlandı. Çoxsaylı yarışlar, ölkə çempionatları, müsabiqələr, intellektual oyunlar da həftəlik əsasla həyata keçirilir. Yeni reallıqlar bütün dünyada yeni yanaşmalar ortaya qoyur. İstedadlı şagirdlərin hazırlanması və dünya olimpiadalarında iştiraka üstünlük veririk. Bu il qızlar arasında olimpiada komandamız 4 nəfərdən ibarət idi, 16-17 olimpiada baş tutdu. İlk dəfə ötən il bir bürünc mükafat qazanmışdıq, bu il tarixi nailiyyətə imza ataraq 3 bürünc mükafat qazandıq”.

Nazir qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Virtual məktəb"dən qeydiyyatdan keçmiş müəllimlərə "Azercell" şirkəti tərəfindən güzəştli internet paketi təklif ediləcək.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »