Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Astarada polis narkotik vasitələr satanları saxlayıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səncərədi kənd sakini Çingiz Eyvazov bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi daha bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə Ç.Eyvazovun narkotik vasitəni Astara şəhər sakini Elnur Mirzəyevdən aldığı müəyyən edilib və həmin şəxs saxlanılıb. E. Mirzəyevdən satış məqsədilə üzərində gəzdirdiyi 1 büküm psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayonun Ərçivan qəsəbəsinin sakini Sərxan Cəfərov bir büküm psixatrop maddə olan metamfetamini satdıqdan sonra saxlanılıb və üzərinə keçirilən şəxsi axtarış zamanı ondan daha bir büküm metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »