Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantinin yumşaldılmasından sonra Azərbaycanda vəziyyət necə olacaq... - Açıqlama

Xəbər verdiyimiz kimi bu gündən etibarən Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən karantin nisbətən yumşaldılıb. Bu bir çox insanları sevindirsə də bəzi insanlar karantinin ləğvinin hələ tez olduğunu qeyd edirlər.

Məsləylə bağlı Bizimyol.info-ya danışan məşhur həkim Vasif İsmayıl bildirib ki, karantinin nisbətən yumşaldılması vacib idi və bu addımlar melə belə yox, statistik rəqəmlərin araşdırılması əsasında həyata keçirilir. Doktor Vasif İsmayıl Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bir çox ölkələr, o cümlədən Azərbaycan 1-ci dalğanı aşa bilib.

Vasif İsmayıl Vasif İsmayıl

“Rusiyada isə xəstəlik hələ özünün pik həddinə çatmayıb.Çünki karantinə bizdən 45 gün gec başladı.Azərbaycanda tətbiq edilən rejim də ən ciddi karantin rejimi deyildi. Bu virus insanda 21-37 günədək qalır. Bu müddətdə o insanı ya xəstələndirir ya da izsiz şəkildə məhv olur. İnsanları 1 ay təmasdan çəkindirməklə yayılma zəncirini qırdıq. Xəstələr xəstəxanadadırlar və orada da bu vəziyyət 2-3 həftəyə başa çatacaq. Bayırda olan gizli xəstələr isə demək olar ki, artıq aşkarlanıb. Ona görə karantini yumşaltmaqda fayda var. Amma birdən-birə karantinin tam ləğvi ikinci dalğaya səbəb olar. Ona görə mərhələli şəkildə çıxmaq lazımdır.

Sonra necə olacaq? Bu sualın cavabı olaraq 2 ssenari var. Ya sadəcə, riskli qruplar karantində qalacaq (xəstələr, yaşlılar və s.) Ya da cəmiyyəti yavaş -yavaş açırıq, sonra yenidən karantinə başlayırıq. Gah sərtləşib, gah yumşaldırıq. İstənilən siyasi qərarın arxasında elmi yanaşmalar durur. Bunun əsasında qərar veriləcək. Hesab edirəm ki, ən gec ölkələr arası sərhədlər açılacaq”,- deyə doktor qeyd edib.

“Dünyada 2-ci dalğa olacaqmı” sualına cavab verən həkim bildirib ki, əgər xəstəlik barədə vaxtında məlumat verilsəydi, bu qədər tələfat olmazdı.

“2-ci və 3-cü dalğa mütləq olacaq. Tədbirlər fatydasını verdi. İlk dalğada 1 milyon insanın öləcəyini düşünrdük, lakin bunun dörddə biri oldu. ABŞ 100 min qurban verəcəyini proqnozlaşdırırdı, amma o da yarı rəqəmlərlə canını qurtardı. Karantini çox uzatmaq olmaz. Bunun da öz zərərləri ola bilər. Karantin yüngülləşdirilsə də belə, sosial məsafə tədbirləri görüləcək. Biz viruslarla baş-başa yaşayırıq, qaça bilmərik”.

Sonda koronavirus xəstəliyinin fəsadları barədə danışan həkim qeyd edib ki, bu virus ağciyəri daxildən zədələyir və ağciyərdə çapıqlar yaradır.

Sağalan xəstələrdə ağciyərin funksionallığı 100 faizdən 40 faizə düşür. "Sağalan xəstələr qeyd edirlər ki, bu çox dəhşətli dərəcədə ağır keçib və onlar buna bənzər halla rastlaşmayıblar. SARS virusundan sonra yəqin ki, ağciyər transplantasiyası mövzusu geniş danışılacaq. Ehtiyac olacaq, amma ağciyər donorları olmayacaq",- deyə həkim vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »