Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 4 bankın vəziyyəti ağırlaşıb: Bağlanma ehtimalı var - Açıqlama

Xəbər verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.

Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu məsələ ilə bağlı Bizimyol.info bank məsələləri üzrə ekspert Əkrəm Həsənovdan açıqlama alıb.

Əkrəm Həsənov Əkrəm Həsənov

“Mərkəzi Bankın bu qərarı bankların mütləq bağlanması demək deyil. Müvəqqəti inzibatçı təyin olunması o deməkdir ki, bu bankların ödəmə qabiliyyətində, maliyyə vəziyyətində problemlər var. Bankın problemi içəridən öyrəniləcək və bunun əsasında yekun qərar veriləcək. İlk növbədə bu banklarda maliyyə vəziyyətinin pisləşməsinin səbəbi öyənilməlidir”, -deyə ekspert bildirib.

Əkrəm Həsənov qeyd edib ki, müvəqqəti inzibatçılar təyin olunduğu adı çəkilən banklarda vəziyyət fərqlidir: “Məsələn, bank verdiyi kreditləri vaxtlı-vaxtında toplaya bilmir, amma həmin kreditlər üzrə kifayət qədər girov var. Kreditlər son nəticədə qaytarılacaq. Bank da bütün öhdəliklərini yerinə yetirəcək. Bu banklara “AGBank” və “AmrahBank” şamil etmək olar. Dünya təcrübəsində bu vəziyyətdə olan banklara kömək edirlər, bağlamırlar. Bu halda Mərkəzi Bank həmin banklara kredit verməlidir.

Əgər krediti qaytarmaq üçün kifayət qədər girov yoxdursa, bu bank müflisdir. Məsələn, “Atabank”da bu problem var.

Ora müvəqqəti inzibatçının təyin olunması mənasızdır. Çünki həmin bankda vəziyyət gün kimi aydındır. Bu bankların dördünün də vəziyyəti eyni deyil. Yəni hamısının bağlanması mütləq deyil”.

Ramid İbrahimov

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »