Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
YAP-çı deputat Əfqan Muxtarlı ilə bağlı fikirlərinə aydınlıq gətirdi
Milli Məclisin insan haqları komitəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatı Elman Nəsirov söylədiyi fikirlərə görə hakim partiya tərəfindən cəzalandırılması barədə yayılan məlumatlara münasibət bildirib.E.Nəsirov “Ölkə.Az”-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Nə töhmət, nə danlanmaq? Bütün bunların hamısı yalan və cəfəngiyyatdır. Mənə heç bir xəbərdarlıq və ya töhmət olmayıb. Bilirsiniz, bütün bunların hamısı müxalif qüvvələrin beyinlərinin saxta məhsullarıdır. Oturub bir yerdə özlərinin uydurmalarını yazırlar. Sonra da mətbuata ötürürlər”.

Deputat açıqlamasının “Azadlıq radiosu” tərəfindən təhrif olunduğunu da iddia edib:

“Mənim fikirlərim blogger Aleksandr Lapşinlə bağlı olub. Ancaq “Azadlıq radiosu” mənim fikirlərimi təhrif edib. Mənim Lapşinlə bağlı söylədiyim fikirlər Əfqan Muxtarlı haqqında demişəmmiş kimi təqdim olunub. Bir daha deyirəm ki, “Azadlıq radiosu” fikirlərimi təhrif edib. Mən Əfqan Muxtarlı ilə bağlı fikir bildirmədiyim halda, “Azadlıq radiosu” mənim Lapşin barədə sözlərimi Əfqan Muxtarlı adı ilə yayıb”.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »