Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Litva Prezidentləri videobağlantı formatında danışıblar

Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.

Bu barədə apa-ya Prezidentin mətbuat xidmətindən bildirilib.

Litva Prezidenti Qitanas Nauseda Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd etdilər və pandemiya başa çatdıqdan sonra Hökümətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildiriblər.

Litva Prezidenti Qitanas Nauseda Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Proqramı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalayıb. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıldı. Litva Prezidenti Qitanas Nauseda pandemiyaya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını bildirib.

Prezident İlham Əliyev koronavirus pandemiyasının başladığı ilk günlərdən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu və ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq səyləri və əməkdaşlığı dəstəklədiyini vurğulayıb.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »