Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlilliyə görə sosial müavinət almaq üçün tələb olunan sənədlər...

Redaksiyamıza şikayət daxil olub. 17 yaşlı Əliyev Məhəmmədin anası Əliyeva Çimnaz Bizimyol.info-ya bildirib ki, oğlu anadangəlmə fiziki qüsurlu olsa da, onun adına pensiya ala bilmirlər. Müxtəlif çətinliklərlə qarşılaşırlar.

Əliyev Məhəmməd psixoloji problemlərdən əziyyət çəkir, gözləri qüsurludur, üstəlik onurğa əyriliyinə görə, gücü – qüvvəsi də yaşıdlarından çox azdır. Oğlanda bu problem genetikdir, atası da eyni xəstəliklərdən əziyyət çəkir və o da pensiya ala bilmir. Əliyev İbrahim üçün lazım olan əksər sənədər toplansa da anasının ididasına görə oğlunun 18 yaşı olmamasını bəhanə gətirərək, ona pensiya verməyiblər.

“17 il ərzində xəstə olan balam, bir il içində düzələcəkmi? Bütün sənədər əlimizdə var. Bizə niyə əziyyət verilər? Axı bu müddət ərzində bu uşaq aclıq çəkir”,- deyə ana dərdini bildirib.

Qeyd edək ki, Əliyevlər ailəsi 4 nəfərdən ibarətdir. Ər, arvad və iki uşaq. Ailənin ən kiçik üzvü olan 3 yaşlı qız sağlamdır. Ailədə bir tək ana işləyirmiş, o da karantinə görə evdə oturmalı olub. Bəli, 190 manat müavinət alır, amma bu dövrdə o 190 manat neçə gün bəs edər?

Çimnaz Əliyevanın xahişi ilə əlilliyə görə pensiyanın necə alınmalı olduğu barədə sorğumuza ƏƏSMN-dən verilən cavabda deyilir:

“Vətəndaşın əlilliyə görə sosial müavinət alması üçün xəstəliyini təsdiq edən dianozu, müalicə və müayinələr barədə epikrizləri, ixtisaslaşmış həkim rəyi ilə yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir. Səhiyyə müəssisəsində həmin tibbi sənədlər əsasında vətəndaş üçün forma 88 tərtib edilərək Əlillik Altsisteminə ötürülür. Daha sonra şəxsin iştirakı olmadan onlayn qaydada ƏƏSMN-nın TSEK-ləri tərəfindən əlilliyin qiymətləndirilməsi barədə qərar qəbul edilir. Qərar vətəndaşın forma 88-də qeyd edilən mobil nömrəsinə sms şəklində göndərilir”.

Ümid edirik, nazirlik çağırışımıza cavab verib məsləni nəzarətə götürər və vətəndaşın problemi həll olunar.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »