Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən “MKT İK” MMC-nin Beyləqan filialı tərəfindən pambıq emalı zamanı formalaşan istehsalat və məişət tullantılarının su kanalına atıldığı məlum olub.

Faktla bağlı filialın direktoru Rəşid Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, müəssisədə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə filialın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.(oxu.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »