Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk Şurasının baş katibi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, erməni ideoloqlarının düşmən doqması əsasında qondarma “erməni soyqırımı” ilə əlaqədar Türkiyə Respublikasına qarşı irəli sürdüyü və bəzi dövlətlər tərəfindən dəstəklənən iddialar və tələblər tarixi saxtalaşdıraraq siyasi məqsədlərə nail olmaq məqsədi daşıyır.

“Tarixi həqiqətləri araşdırmadan, hadisələrə siyasi hüquqi qiymət və hökm vermək və bunu xüsusilə də kollektiv şüurda nifrət, tarixi düşmənçilik və qisas almaqla həyata keçirmək insanlığı, vicdanı və mərhəməti təhdid edir, xalqların qarşılıqlı anlaşma və sülh şəraitində yaşamalarına təhlükə yaradır. Bölgədəki qarşıdurmalar, qaçqın və məcburi köçkün problemi əsasən bu hadisələrin məntiqi nəticəsidir.

Müasir beynəlxalq münasibətlər və bu günə qədər baş verən bütün faciələr şəffaf və ədalətli şəkildə öyrənilib araşdırılmalıdır. Bu kontekstdə tarixçilər tərəfindən 1915-ci il hadisələrini araşdırmaq və bu məqsədlə arxivləri açmaq üçün ortaq bir tarixi komissiya qurmaqla bağlı Türkiyənin təşəbbüsü təqdirəlayiqdir.

Əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz bir şəkildə araşdırılması və qiymətləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”, - deyə bəyanatda qeyd olunub.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »