Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzərindən 6 kiloqrama yaxın narkotik, evindən silah çıxdı

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 5,7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Gərmətük qəsəbəsinin sakini Əli Axundov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 kiloqram 800 qram narkotik vasitə heroin, 2 kiloqram 650 qram tiryək və 254 qramdan artıq psixatrop maddə olan metamfetamin aşkaralanaraq götürülüb.

Onun Gərmətük kəndində yerləşən yaşadığı evdən isə bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və həmin silaha aid 19 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »