Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün müsahibələr onlayn keçiriləcək

Müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsahibələr "Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək. Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir və müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.

Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq.

Proses barədə mütəmadi məlumat veriləcək.

Qeyd edək ki, 2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib. Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması yoxlanılıb və 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »