Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarabalığı xatırladan dəmiryol stansiyası - Fotolar

İllərdir qatar üzünə həsrət qalan “Albalılıq” dəmiryolu stansiyası hazırda xarabalığı xatırladan, ətrafı zibilliyə dönən stansiya olub.

Bu barədə Bizimyol.info-ya Maştağa qəsəbə sakini Bəxtiyar Hacıyev bildirib.

O, qeyd edib ki, Maştağa ilə Buzovna qəsəbələri arasında yerləşən, ciddi nəqliyyat problemi olan “Albalılıq” yaşayış massivi sakinlərinin elektrik qatarlarına indi daha çox ehtiyacı var.

Dəmiryolu dayanacağı

“Yerli əhalinin “Vişnyovka” adlandırdığı “Albalılıq” dəmiryolu stansiyasının ərazisinin zibbilik ərazisinə çevrilməsinə səbəb müvafiq yerlərdə zibil qabının olmamasıdır.

Dəmiryolu dayanacağı

Məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal reaksiya verilib. Yəqin ki yaxln gələcəkdə problem həll olunacaq”,-deyə Maştağa qəsəbə sakini Bəxtiyar Hacıyev bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »