Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uşaq pulu” ilə bağlı hökumətə təkliflər veriləcək

Milli Məclisin deputatı Əli Məsimlinin “uşaq pulu”nun verilməsinin zəruriyyəti barədə qaldırdığı məsələ cəmiyyətdə böyük maraqla qarşılanıb.

Milli Məclisin deputatı Əli Məsimli Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, uşaqpulunun əleyhinə olanlar Azərbaycanda əhalinin kifayət qədər sürətlə artdığını əsas gətirərək,doğumu stimullaşdırmağa ehtiyac olmadığını bildirilər: "Bu düzgün mövqe deyil. Bizə sadəcə uşaq doğuşunun artımı yox, hər yeni doğulan uşağın sağlam, maddi cəhətdən ehtiyacsız, sıxıntısız, normal təhsil-tərbiyəli böyüməsi lazımdır. Hazırda yaranmış sosial xarakterli problemlərinin xeyli hissəsini "uşaq pulu”nun bərpası hesabına həll etmək mümkündür. Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli və pik nöqtəsi kimi, optimal model əsasında aşağı gəlirli ailələr üçün "uşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpası zəruridir".

Əli Məsimli Əli Məsimli

Hüquq müdafiəçisi Sahib Məmmədov “uşaq pulu” məsələsi ilə bağlı təkliflər hazırlayıb və onları hökumətə təqdim edəcəyini bildirib.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sahib Məmmədov

“Uşaq pulu" verilsin təklifini səsləndirənlərin 90%-i söhbətin nədən getdiyini bilmir. Bu məsələ ilə bağlı təkliflərimi hazırlayıb hökumətə təqdim etməyi planlaşdırıram. Burda isə çox qısa:

1."Uşaq pulu" deyilən müavinətin dünya praktikasında onlarla növü var. Uşaq doğulana qədər və sonra.

2.Birdəfəlik, aylıq və s. olur;

3. Ünvanlı və ya ünvansız olur.

3. Bu müavinət növünə ailə müavinəti də deyilir.

Biz uşaq puluna ailə müavinəti kimi baxsaq (Başqa yolu da yoxdur. Uşağa verilən müavinəti gətirib uşağın bələyinə qoymurlar, valideyninə verirlər) onda bizdə ailə müavinəti növü 2006-cı ildən ünvanlı olaraq tətbiq olunur. Söhbət Ünvanlı Dövlət Sosial Yardımından gedir.

Bizdə "uşaq müavinəti" ünvanısz verilə bilməz. Səbəbi sadədəir. Ünvanıs olaraq o ölkələr verir ki, əhali artımı mənfi tempə malikdir. Azərbaycanda əhali artımı dünyada ən yüksək yerlərdədir. Hər 1000 nəfərə 8,3 nəfər (müqaisə üçün Rusiyada 0, Macarıstanda -7). Deməli "uşaq pulu" deyilən müavinət ünvanlı olmalıdır. Ünvanlıdırsa deməli paralel iki ünvanlı ailə müavinətinin olması məntiqszdir. Belədə ÜDSY ləğv olunmalıdır. ÜDSY ləğv olunsa onda yalnız uşağı olanlar ünvanlı yardım ala biləcək.

Bu halda: "Uşaq pulu" adlanan aylıq müavinət ÜDSY çərçivəsində verilməlidir. ÜSDY alan ailələrdəki müəyyən olunmuş yaşdan aşağı uşaqlara görə, ÜSDY-ə müəyyən olunmuş miqdarda əlavələr edilir. "ÜDSY+ müavinəti" də demək olar adına, ( məsələn ailədə 8 yaşına çatmayan 3 uşaq var. Hər biri üçün ÜDSY-yə 50 manat artırılır. Məsələn ÜDSY+150 manat. Məbləğ büdcə imkanından asılı olaraq daha artıq ola bilər.

P.S.: Mən bu təklifimi keçmiş nazir müavini Mətin Kərimovla ayaqüstü müzakirə etmişdim və bu təkliflərimi səsləndirmişdim. Onun xoşuna gəlmişdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil talıbov Sahib Məmmədovun təkliflərinə cavab olaraq verdiyi açıqlamada qeyd edib ki, hazırda ünvanlı yardım alan ailələrdəki 340 min ailə üzvündən 170 mindən çoxu uşaqlardır.

“Digər tərəfdən həmin ailələrdəki 1 yaşadək bütün uşaqların hər birinə sosial yardımdan əlavə 50 manat aylıq müavinət ödənilir.

Ümumilikdə isə 10-dan çox kateqoriyadan olan uşaqlara sosial müavinətlər ödənilir.

- Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (ayda 150 manat + 50 manat qulluğa görə);

- Beşdən çox uşağı olan qadınların uşaqları (hər uşağa görə 55 manat);

- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları (hər uşağa 100 manat);

- Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət ödənilir (200 manat);

- Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət (hər ailə üzvünə aylıq 80 manat) və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır;

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər (hər uşağa 100 manat);

- Aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları (hər uşağa 50 manat);

Bundan başqa, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq müavinət alır. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına isə (ildə bir dəfə) birdəfəlik müavinət verilir.

Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Beş və daha çox uşağı olan qadınlar üçün yaşa görə pensiya və ya yaşa görə müavinət üçün yaş həddi hər uşağa görə bir il azaldılır.

Digər tərəfdən 10 minədək uşaq günərzi və icma əsaslı mərkəzlərdə, sosial xidmət müəssisələrində dövlət tərəfindən reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.

Göründüyü kimi, uşaqların kifayət qədər geniş bir hissəsi (600 min uşaq) sosial təminatla əhatə olunub. Ümumilikdə qayğıya ehtiyac duyan uşaqlar üçün konkret proqramlar mövcuddur”.

İlhamə Rəsulova

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »