Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Melanya Tramp 50 yaşını qeyd etdi

Aprelin 26-da ABŞ-ın birinci xanımı Melanya Trampın 50 yaşı tamam oldu. Maraqlıdır ki, birinci xanımın yubileyi münasibəti ilə ABŞ ərazisində verilmiş xəbərlərə sosial şəbəkələrdə gələn şərhlərin çoxusu ürəkaçan deyil. Amerikalıların böyük əksəriyyəti birinci ledi və onun həyat yoldaşı barədə narazılıq bildirən ifadələr işlədiblər.

Melanya Tramp isə haqqında danışılan pis və ya yaxşı rəylərə önəm vermədən ölkə prezidentinin xanımı rolunu nizam intizamla yerinə yetirməyə çalışır. ABŞ-ın birinci xanımı qeyri adi stili, zərif geyimləri ilə yanaşı xeyriyyəçilik fəaliyyəti ilə də diqqət çəkir.

Melanya və Donald Tramp

O, uşaqların kiberbullinqdən müdafiəsi və narkotiklərlə mübarizə cəmiyyətlərinə rəhbərlik edir.

Melanya Tramp (qızlıq soyadı Knavs) 1970-ci ildə Yuqoslaviyanın (İndiki Sloveniya) Novo Mesto şəhərində doğlulub.Gənclik illərində model karyerası ona şöhrət qazandırıb. 1996-cı ildə Amerikaya gələn Melanya 2005-ci ildə Trampla ailə qurub və bir il sonra oğlu Berron dünyaya gəlib. Ölkənin birinci xanımı olduqdan sonra mətbuatda tez- tez onun boşanma xəbərləri yayılıb və bu məlumatlar heç bir zaman təkzib edilməyib. Melaniya Tramp həyat yoldaşı ilə rəsmi qarşılanma mərasimlərdə ona qarşı tez- tez kobud hərkətləri ilə medianın diqqətini çəkib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »