Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda aptekə silahlı basqın edilib

Bakıda tapançaya oxşar alətlə əczaçını hədələyən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a bildirib ki, aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu Rayon Polis İdarəsi İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »