Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni nazir koronavirus qarşısında aciz qaldıqlarını etiraf edib

Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirusa yoluxma hallarının artmasını müxtəlif səbəblərlə əlaqələndirməyə çalışıb.

“Report”un məlumatına görə, nazir "Azatusyun" radiosunun efirində koronavirusun yayılması tempinin mütləq sayda artdığını etiraf edib.

"Təəssüf ki, bizdə virusun yayılmasının müxtəlif mərkəzləri var. Yəni əgər mart ortalarında bu mərkəzlər 1-2 idisə, sonra 3 oldu. Bundan sonra virus həmin mərkəzlərin xaricində yayılmağa başladı.

İndi ölkəmizdə bir-biri ilə əlaqəsiz 10, bəzən 20 mərkəz var və biz onları birinci oçaqla bağlayan bağı tapa bilmirik”, - deyə Arsen Torosyan qeyd edib.

Bu təbii, çox simptomsuz hadisə, mümkündür ki, virus COVID-19-a yoluxduğunu bilməyən insandan insana ötürülüb", - Torosyan deyib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının başqa "bədbəxt istiqaməti" tibb mərkəzləridir. "Biz tibb mərkəzlərində koronavirusun yayılmasının qarşısını almaq və başqa xəstələri qorumaq üçün bütün qüvvələrimizi cəmlədik", - o qeyd edib.

Torosyan həmçinin xəstəliklərin sayının çoxalmasını küçələrdə hərəkət artması, vilayətlərarası və şəhərlərarası yolların, bəzi məişət subyektlərinin açılması ilə əlaqələndirib.

Qeyd edək ki, Ermənistanda ötən həftə ərzində koronavirusa 407 yeni yoluxma qeydə alınıb, 6 nəfər COVID-19-un qurbanı olub.

Ermənistanda son gün ərzində koronavirusa daha 69 nəfər yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 746 nəfərə çatıb.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »