Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdə olan türkiyəli qız atası üçün kömək istədi, nazirlik hərəkətə keçdi - Video

İsveçin Malmö şəhərində yaşayan türkiyəli koronaviruslu xəstə Əmrullah Gülüşkən Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın göstərişi ilə Vətəninə çatdırılacaq.

Ötən günlərdə İsveçdə yaşayan Samirə Gülüşkən adlı xanım sosial şəbəkə hesabı vasitəsilə atası Əmrullah Gülüşkən üçün Türkiyədən yardım istəmişdi. O, atasının 13 gün əvvəl xəstələndiyini və xəstəxanaya zəng etmələrinə baxmayaraq müsbət cavab ala bilmədiklərini, atasının vəziyyəti ağırlaşmağa başladıqda yenidən xəstəxanaya zəng etdiklərini demişdi:

“Təcili tibbi yardım gəldi, ancaq zəng etdiyimiz üçün bizi danladılar. Bu xəstəliyə qarşı bir şey edə bilməyəcəklərini söylədilər. Biz də bu xəstəliyin müalicəsi olmadığını, amma atamın xəstəxanada yatmalı olduğunu, bizim sağlamlığımızın da təhlükəyə atıldığını dedik”.

Samirənin paylaşımından sonra Türkiyənin Səhiyyə Nazirliyi hərəkətə keçib. 47 yaşlı koronaviruslu xəstə Əmrullah Gülüşkən və 3 övladı Səhiyyə naziri Fəxrəddin Qocanın göstərişi ilə Antalyaya yola salınıb.

Qurumun bu addımından sonra Samirə Gülüşkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Səhiyyə naziri Fəxrəddin Qocaya təşəkkür edib:

“Sosial şəbəkələrdə bizim yardım çağırışımız eşidildi. Prezident Rəcəb Tayyib Ərdoğan və Səhiyyə naziri Fəxrəddin Qoca vəziyyətə dərhal reaksiya verdilər. Buna görə onlara çox minnətdaram. Əgər onların köməyi olmasaydı, atamı Türkiyəyə göndərməzdilər”. (Qafqazinfo.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »