Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda müsəlmanlar koronavirusu yaymaqda suçlanaraq xəstəxanalara qəbul edilmirlər

Hindistanda koronavirus xəstələrinin sayı sürətlə artır.

Millətçi Xalq Partiyasının üzvləri müsəlmanları virusu ölkəyə yaymaqda ittiham edirlər. Ölkədəki bəzi xəstəxanalara müsəlmanların girməsinin qarşısı alınır. Bu cür ayrıseçkilik ölkədə ciddi şəkildə etirazlara səbəb olur.

Bu ölkədəki çox sayda müsəlman onlara qarşı düşmənçiliyin artdığını, apteklərə və marketlərə buraxılmadıqlarını söyləyirlər. Xüsusilə də Telanqana əyalətindəki bəzi xəstəxanalara müsəlmanların qəbul edilməsi qadağan olunub.

Son həftələrdə Hindistan mətbuatı Jarkandakı bir müsəlman hamilə qadının “Covid-19” virsunu yaymaqda günahlandırılaraq, xəstəxana işçiləri tərəfindən döyüldüyü və onun öz körpəsini itirdiyi haqqında xəbər vermişdi.

Hətta məsələ o qədər ciddiləşib ki, Hindistandakı İslam Birliyinin lideri Muhammet Saad Kandehlevi də koronavirusun yayılmasına səbəb olduğu ittihamı ilə mühakimə olunacaq.

İddialara görə, Muhammet Saad Kandehlevi mart ayında kütləvi şəkildə toplantılar keçirib. Bu səbəbdən də onu ölkədə koronavirusu yaymaqda ittiham edirlər. Muhammet Saad Kandehlevi məhkəmə qərar verdiyi təqdirdə, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Hindistanın milliyətçi baş naziri Narendra Modi keçən il yenidən seçildikdən sonra müsəlmanlara qarşı siyasi hücumları artırmışdı.

Bu yaxınlarda isə ölkədəki millətçi hindu qruplaşmaları Yeni Dehlidə müsəlmanların evlərinə və iş yerlərinə hücum etmişdilər. Meydana gələn hadisələrdə 51 dinc sakin ölmüşdü. (Musavat.com)

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
››› Putin 56 nəfərə general rütbəsi verib
Son xəbərlər
Bütün xəbərlər »