Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreyada yanğın 100 hektar sahəni yararsız hala salıb

Cənubi Koreyanın Andonq şəhərində davam edən yanğın 100 hektar dağlıq ərazini yararsız hala salıb.

Azərtac xəbər verir ki, aprelin 24-də hələlik bilinməyən səbəbdən başlayan yanğının söndürülməsinə min yanğınsöndürən, 20 helikopter, 40 yanğınsöndürən avtomobil cəlb olunub.

Bildirilir ki, güclü külək yanğınsöndürənlərin işinə əngəl törədir. Hələlik insan tələfatı qeydə alınmayıb. Səlahiyyətli qurumlar yaxınlıqda yaşayan sakinlərin təxliyə edilməsinə qərar verib və şəhər ətrafında avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Daxili İşlər və Təhlükəsizlik naziri Çin Yunq yanğının ən qısa zamanda nəzarət altına alınması və itkilərin minimuma endirilməsi üçün bütün qüvvələrin səfərbər olunmasını əmr edib.

Son xəbərlər
Bütün xəbərlər »