Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan və İran tezliklə müzakirələri yenidən başlayacaq"

“Azərbaycan və İran tezliklə iqtisadi əməkdaşlığa dair müzakirələri yenidən başlayacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ərdəbil əyalətinin başçısı Əkbər Namcu deyib.

Koronavirusla əlaqədar İran və Azərbaycan müştərək sənaye şəhərciyinin təsis edilməsi ilə bağlı iclasların təxirə salındığını deyən Ə. Namcu bildirib ki, hər iki ölkədə virusa yoluxanlar getdikcə azalır: “Tezliklə iki ölkə arasında müştərək iclas keçiriləcək”.

O, Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərinin dəmir yolu xəttinin çəkilisinin başlanması layihəsinin də koronavirusla əlaqədar təxirə salındığını bildirib və qeyd edib ki, bu layihənin icrası da yaxın günlərdə reallaşacaq: “Azərbaycan və İran dəmir yolları idarəsinin imzaladığı sənədə əsasən, Parsabad logistik və yük terminalı yaradılacaq. Ötən həftə bu layihənin xəritəsi və hazırlıq işləri təkmilləşib. Hazırda işçi qrupları layihəni dəyərləndirir. Bundan başqa, İran Dəmiryolları İdarəsi ilə Ərdəbil əyalətində dəmir yolu yük boşaltma terminalının tikintisinə dair saziş imzalanıb və yaxın iki ayda əyalətin şimal hissəsində bu terminalın tikintisinə başlanacaq”.

Ə. Namcu qeyd edib ki, bu layihələrin icrası Azərbaycan və İran arasında ticarət, iqtisadi əlaqələri və eləcə də bölgədə kənd təsərrüfatı istehsalını artıracaq.

O deyib ki, bu dəmir yolu xəttinin tikintisi Ərdəbil əyalətinin Qafqaz ölkələri, Orta Asiya və Rusiya ilə əlaqələrini inkişaf etdirəcək.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »