Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Pink-House” restoranın sahibi və müştərilər cərimələnib

Binəqədi rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospekti 174 ünvanında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda yerləşən “Pink-House” restoranının sahibi Pərviz Hüseynov və obyektin inzibatçısı Seyran Əsgərzadənin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı P.Hüseynov, S.Əsgərzadə və orada olan 8 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və inzibatçı rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 200 və 100 manat məbləğində cərimə edilib. Müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat cərimə olunublar.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »