Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General Hacızadə: “ABŞ Xamneyinin iqamətgahını vurmağa hazırlaşırdı...”

İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir -Əli Hacızadə ABŞ-ın bu ilin yanvar ayında ali dini lider ayətullah Əli Xameneyinin iqamətgahını vurmağa hazırlaşdığını deyib.

Virtualaz.org “Azadlıq” radiosunun fars xidmətinə istinadən xəbər verir ki, general Hacızadə bu haqda İran dövlət televiziyasının birbaşa efirində çıxışı zamanı bildirib.

Bu il yanvarın 3-də ABŞ İran İnqilab Keşikçilərinin “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin Bağdadda dron zərbələri ilə öldürülməsinin ardınca Tvitter-dən bildirib ki, Tehran cavab verməyə cəhd etsə ABŞ İranın 52 obyektini, o cümlədən “mədəni dəyər” kəsb edən obyektlərini vuracaq.

Qasım Süleymani Qasım Süleymani

Trampın həmin təhdidi ilə bağlı danışan general Əmir-Əli Hacızadə bildirib: “Onların bəhs etdiyi mədəni dəyərə malik obyekt Ali liderin iqamətgahı idi”. General əlavə edib ki, İran general Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı Amerika aviabazasına raket zərbələri endirərkən ABŞ-ın mümkün cavab zərbələrini nəzərə almışdı. “Biz inanırdıq ki, onlar cavab verəcək. Ona görə də əlavə olaraq ABŞ-ın 400-ə yaxın hədəfini müəyyənləşdirmişdik və onlara kütləvi zərbələr endirməyə hazır idik”,-general deyib.

İranın Ali dini lideri Tehranın mərkəzində yerləşən, ictimai çıxışlarını etdiyi dini zala və ofisə bitişik evdə yaşayır. Kompleksin ərazisində İran parlamentinin köhnə binası, milli təhlükəsizlik üzrə Ali Şura və prezidentin dəftərxanası da yerləşir. Kompleksin və Ali dini liderin təhlükəsizliyini İnqilab Keşikçilərinin xüsusi bölmələri təmin edir.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »