Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya liderindən hələ də xəbər yoxdur

"Şimali Koreyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ABŞ hədəfləri dəyişməyəcək".

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Şimali Koreya lideri Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı açılamasında bildirib.

Maykl Pompeo telekanallardan birinə verdiyi müsahibədə Şimali Koreyanın nüvə silahlarından təmizlənəcəyi istiqamətində fəaliyyətini davam etdirəcəyini söyləyib.

ABŞ-ın dövlət katibi Şimali Koreya liderinin səhhəti ilə bağlı heç nə bilmədiklərini vurğulayaraq deyib: “Amerika xalqı vəziyyəti çox yaxından izlədiyimizi bilməlidir".

Şimali Koreyanın sədri Kim Çen Inın ölüb-ölmədiyi və vəziyyətini öyrənmək üçün Çin bu ökəyə həkim göndərib. Bildirilib ki, “Reuters” agentliyi bu xəbəri hadisəyə yaxın 3 mənbəyə istinadən yayıb.

Ancaq Çinin göndərdiyi heyətin Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı hələ də heç bir rəsmi məlumatı yoxdur.

Qeyd edək ki, aprelin 21-də ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi Kim Çen In cərrahiyyə əməliyyatı keçirdiyini və vəziyyətinin çox ağır olduğunu iddia etmişdi.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »