Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ABŞ-dan vətəndaşlarının təxliyəsinə başladı

Türkiyə hökuməti koronavirus pandemiyası səbəbindən ABŞ-dan vətəndaşlarının təxliyəsinə başlayıb.

Bu barədə "Report"un xüsusi müxbirinə açıqlamasında Türk Amerikan Dərnəkləri Fedarasiyasının (TADF) rəhbəri Tulga Tekman məlumat verib.

Onun sözlərinə görə, "Türk Hava Yolları" şirkəti ilk təxliyəni aprelin 24-də Los Ancelos şəhərindən həyata keçirib: “Pandemiya səbəbindən Türkiyəyə dönə bilməyən vətəndaşlarımızın Ramazan ayında Vətəndə olması üçün prezident Rəcəp Tayyib Ərdoğanın qərarı ilə üç təyyarə ayrılıb. Birinci təyyarə ilə Los Ancelosdən 13-ü uşaq olmaqla, 270 nəfər təxliyə olundu. Növbəti uçuş də həmin gün Nyu-York şəhərindən reallaşdı və 6-sı uşaq olmaqla, 354 vətəndaşımız Türkiyəyə göndərildi".

Qeyd edək ki, Türkiyənin ABŞ-dan təxliyə etdiyi vətəndaşlar 14 gün karantində qalacaq.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »