Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın koronavirusa görə gündəlik itkisi açıqlandı

Rusiya iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş məhdudiyyətlərə görə hər gün 100 milyard rubl məbləğində ümumi daxili məhsulun (ÜDM) itkisi ilə üzləşir.

“Report” “İnterfak" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov məlumat verib.

Xatırladaq ki, bu ilin ferval ayında yerli mütəxəsssislər koronavirusa görə ümumi itkinin 100 milyard rublu ötməyəcəyi barədə proqnoz vermişdi. Həmin proqnozdan 1 aydan çox vaxt keçir və deyilən məbləğ Rusiyanın gündəlik itkisinə çevrilib.

"İqtisadiyyat elan olunmuş karantin rejiminin əsirinə çevrilib. Həm dövlət, həm də özəl sektor bu itkini qarşılaya bilməz. Gec-tez biznesin fəaliyyətnə icazə verilməlidir. Bununla belə, hazırda bizim üçün əsas məsələ insanların sağlamlığıdır. O zamankı həkimlər deyəcək ki, biz yola davam edə bilərik, biz hazır olacağıq”, - deyə nazir qeyd edib.

Onun sözlırinə görə, 2020-ci ildə Rusiya büdcəsinin kəsiri ÜDM-in 4,5-5%-ni təşkil edə bilər: “Ancaq dövlətin bütün sosial öhdəlikləri yerinə yetiriləcək”.

Xatırladaq ki, Rusiya Bankın (Mərkəzi Bank) bu il Rusiyada ÜDM-in 6% azalacağını proqnozlaşdırır.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »