Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Üzləşdiyimiz böhranla mübarizədə G20 öz gücünü göstərməlidir"

"Şübhəsiz ki, hazırda G20 əsası qoyulduğu gündən bəri ən böyük problemlə üzləşir və indi üzləşdiyimiz böhranla mübarizədə G20 öz gücünü göstərməlidir".

APA-nın xəbərinə görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin İqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ deyib.

O deyib ki, dünya ticarətinin 75 faizindən çoxunu və dünya əhalisinin üçdə ikisini təşkil edən bir blok olaraq G20-nin resursları COVID-19-a qarşı və onun bütün dünyaya təsiri ilə mübarizədə istifadə edilməlidir.

Əhməd Əli Əl-Sayeğ qeyd edib ki, BƏƏ bu il G20-nin illik toplantısına iştirakçı qismində dəvət olunan ölkə olaraq G20 liderlərinin fövqəladə iclasında iştirak edib: “Bu, bizə ən yüksək səviyyədə müzakirələrdə iştirak etmək və virusla mübarizə üzrə öz təcrübələrimizi bölüşərək COVID-19 pandemiyasına qarşı dünyanın reaksiyasını formalaşdırmağa kömək edir".

Nazir bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrin virusdan qorunması çətindir, onların səhiyyəsi zəifdir və ya profilaktik tədbirlər həyata keçirmək imkanları məhduddur, ona görə də varlı və sənayeləşmiş ölkələr bu ölkələrə yardım etməlidir: “Xüsusilə Afrika və kiçik ada dövlətlərinin diqqətə ehtiyacı var. Böhran zamanı iqtisadi uğur yalnız ikinci planda dayanır, insanlığı qorumaq və insan həyatını xilas etmək bizim birinci vəzifəmizdir".

Nazir ölkəsinin COVID-19-la mübarizəyə aktiv şəkildə qoşulduğunu, indiyədək ehtiyacı olan 25 ölkəyə 270 min tondan çox yardım göndərildiyini deyib: “Bu ölkələr arasında İtaliya, Əfqanıstan, İran, Çin, Serbiya, Xorvatiya, Malayziya, Yunanıstan, Efiopiya, Kolumbiya, Sudan, Kipr və Seyşel adaları kimi dövlətlər var”.

BƏƏ-nin dövlət naziri qeyd edib ki, G20 liderlərinin qlobal iqtisadiyyata 5 trilyon dollardan çox maliyyə dəstəyi ilə bağlı plana uyğun olaraq onun ölkəsi 70 milyard dollar dəyərində stimul paketi təqdim edib.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »