Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pərviz Həşimli bəraət tələb edir – Ortada yeni hallar var

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama əməliyyatı ilə 2013-cü ildə həbs edilmiş jurnalist Pərviz Həşimli bəraət tələb edir.

Gununsesi.org xəbər verir ki, bu barədə jurnalist özünün sosial şəbəkə hesabında yazıb:

“Hesab edirəm ki, Ali Məhkəmə Plenumu mənə də bəraət verməlidir.

Çünki, sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevi də silahla şərləyən MTN-dəki məlum çetenin bu cinayəti yeni halları üzə çıxardı.

Rəhmətlik vəkil Elton Quliyev, vəkil Adil Ismayilov Rusiyadakı “Makarov” zavodundan sənədlər gətirdi, məlum oldu ki, hər ikimizin “silahları” eyni sifarişlə istehsal olunub və eyni qutunun içindəndir.

Sizcə “qara bazarda” nömrə ardıcıllığı bir-birinə uyğun olan silah satılması mümkündürmü? “Makarov” lar bunlardir: 1337103467, 1337103547, 1337103673, 1337103699, 1337103723.. Məni qanunsuz olaraq, həbsə alanlar CM-nin 290 (Təqsiri olmadığını bilə-bilə cinayət məsuliyyətinə cəlb etmə), 292 (Qanunsuz olaraq tutma, həbsə alma və həbsdə saxlama) maddələri, mənə hökm oxuyan Novruz Kərimov isə bilə-bilə qanunsuz hökm çıxardığına görə, CM-nin 295-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə Plenumu İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verib”.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »