Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyalı qapıçı Bakıya maşınla gəlib dəvə udmaq istəyir

Almaniyanın "Auqsburq" klubunun qapıçısı Fabian Gifer karyerasını bitirdikdən sonra özünü avtomobil yarışlarında sınamaq istəyir.

"Report"un məlumatına görə, bu barədə 30 yaşlı ehtiyat qolkiper "Spox und Goal" nəşrinə müsahibəsində deyib.

Ralli həvəskarı olan təcrübəli qolkiper bildirib ki, Nürburqrinq trassında 24 saatlıq yarışda iştirak etmək arzusundadır. F.Giferin başqa planları da var: "Algau Orient Rally" adlı yarış var. Siz maşınla Almaniyanın Allqoy vilayətindən Bakıya getməlisiniz. Bu zaman bir neçə qaydaya əməl etmək lazımdır: avtomobilin qiyməti 1 100 avrodan çox olmamalıdır, yolda heç bir mehmanxanada dayanmamalısınız. Qalib isə canlı dəvə ilə mükafatlandırılır. Bir neçə dostumla bu yarışda iştirak etmək istərdim".

Qeyd edək ki, Faban Gifer artıq İrandan keçən köhnə İpək yolu ilə Şərqi Avropaya "Fiat Multipla" markalı maşını ilə səyahət edib.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »