Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Meriya ilə teatrın məhkəməsinin vaxtı açıqlanıb
teatr

"Ölkəmizin ilk müstəqil teatrı olan ADO küçə performansları nümayiş etdirmək üçün 2 ildən artıqdır ki, cəhdlər edir".

Bunu Bizimyol.info-ya teatrdan verilən məlumatda bildiriblər.

Qeyd olunur ki, hətta teatr Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırmışdı. Nəticədə 30 dekabr 2019-cu il tarixdə 1 Saylı Bakı İnzibati-İqtisadi məhkəməsi teatrın iddiasını təmin etmiş, meriyanın üzərinə teatra əsaslandırılmış cavab verilməsi iddiasını qoymuşdur. Lakin meriya bu qərarla razılaşmayıb və Apelyyasiya Məhkəməsinə üz tutub, qərarın ləğv edilməsini tələb edir. Proses aprelin 4-də keçirilməli idi. Lakin Covid-19 virusunun yayılması ilə əlaqədar ölkədə karantin rejimi elan olunduğundan proses təxirə salınmışdı.

Bu gün isə məhkəmədən teatra çağırış daxil olub və prosesin vaxtı açıqlanıb. Belə ki, proses 14 may 2020-ci il tarixində, saat 16:00-da 15 nömrəli zalda keçiriləcək. Prosesə hakim Ülvi Mayılov sədrlik edəcək.

Qeyd edək ki, teatrın iddiası ilə bağlı 30 dekabr 2019-cu il tarixində çıxarılmış qərar bir president rolu oynayırdı. Uzun sürən mübahisədən sonra hüquqi müstəvidə belə bir qərarın verilməsi küçə incəsənətinin formalaşdırılmasına təkan ola bilərdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti qərarın ləğv edilməsini, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin rəy verməsini tələb edir. Ümid edirik ki, Apellyasiya Məhkəməsi ilkin qərarı qüvvədə saxlayacaq və yaranmış presidentin üzərindən xətt çəkməyəcəkdir.

Paylaş »
››› İqbal Ağazadədən Lavrovun açıqlamasına cavab: Hərb yoluyla 4 rayonumuzu azad etməliyik
››› “Müharibə an məsələsidir”
››› Elmar Vəliyevin ağlını itirməsi barədə xəbərlər yayılıb
››› Hərbçilərə əsgər salamı verən balaca məktəbliyə xüsusi təklif gəldi - Foto
››› Millət vəkili: “Bəzi məmurların övladlarını xaricə göndərməsi barədə məlumatlar var"
Son xəbərlər
Bütün xəbərlər »