Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Formula 1" üçün böyük maliyyə yardımı ayrılıb

"Formula 1" brendinin sahibi "Liberty Media" şirkəti koronavirus pandemiyasına görə vəsaitləri yenidən bölüşdürmək məcburiyyətində qalıb.

"Report"un "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, şirkət yarışa 1,4 milyard ABŞ dolları məbləğində maliyyə yardımı edib.

"Liberty Media"nın icraçı direktoru Qreq Maffey də "Formula 1"ə pul ayrıldığını təsdiqləyib. O bildirib ki, bu məbləğ bir neçə istiqamətdə xərclənəcək. Vəsaitin məyyən hissəsi isə komandaların ödəmə qabiliyyətini qorumağa kömək edəcək.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Son xəbərlər
Bütün xəbərlər »