Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər koronavirusun ikinci dalğasının dəhşətli olacağını bildirirlər

Rusiya virusoloqu, tibbi elmləri doktoru, professor Anadolu Altşteyn bildirib ki, dünyanı koronavirusun ikinci dalğası gözləyir.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Ekspertin sözlərinə görə, koronavirus elə mutasiya edir ki, bir çox ştamm yaranır.

Pandemiyanın başlanğıcından cəmi dörd ay keçməsinə baxmayaraq, COVID-19 artıq mutasiya edib, ancaq heç bir əhəmiyyətli dəyişikliyə məruz qalmayıb.

Alim özü də bildirib ki, koronavirus bütün digər viruslar kimi mutasiya edir. Lakin ekspertin sözlərinə görə, tədqiqatçılarda bununla bağlı statistik məlumat hələ çox deyil.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri, ekspert Robert Redfild də bildirib ki, koronavirusun ikinci dalğası daha dəhşətli olacaq. O, qeyd edib ki, gələn il bu ildən daha pis ola bilər.

Eyni zamanda bir neçə həftə bundan əvvəl də bildirilib ki, Uhanda koronavirusun ikinci dalğası başlaya bilər.

ABŞ rəsmiləri də payızda və gələn ilin əvvəllərində Birləşmiş Ştatlarda koronavirusun ikinci dalğasını proqnozlaşdırırlar.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »