Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus beyni iflic edə bilər

Koronavirusa yoluxanlarda zamanla başqa problemlər də özünü göstərir. Məsələn, bir çoxunda sinir sisteminin pozulması müşahidə edilir. Məlum olur ki, infeksiya beyni iflic etmək gücündədir.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Der Spiegel” nəşri koronavirusun beynə mümkün zərərindən yazıb. Yazıda yoluxmanın simptomlarından söz açılıb. Adətən, yorğunluq, öskürək, ağciyərlərin iltihabı qabarıq üzə çıxır. Amma Çindəki araşdırma başqa mətləblərə də işıq salıb.

Araşdırma koronavirusun episentri sayılan Uhan şəhərində aparılıb. İnfeksiyaya yoluxan 214 nəfərdə analiz həm də mərkəzi sinir sistemindəki problemin böyük olduğunu göstərib. Pasiyentlərin 78-də bu istiqamət daha problemli görünüb. Hadisələrin gedişi başqa nüanslar ortaya çıxıb. Həmin 78 nəfərdən 13-ü şüur həssaslığını itirib, 5 nəfər insult keçirib, 1 pasiyentdə isə epilepsiya tutması müşahidə olunub.

Yaponiyada 24 yaşlı kişi soyuqdəymə saydığı xəstəlik dövrünün ilk həftəsində yalnız yorğunluq hiss etmişdi. Sonra başağrısı, başgicəllənmə üzə çıxmışdı. Həkimin soyuqdəymə əleyhinə dərmanları işə yaramamışdı. Xəstəliyin doqquzuncu günündə epilepsiya tutması aşkarlananda onu təcili xəstəxanaya çatdırmışdılar. Orada həkimlər beyin qişasının iltihabı və yüngül virus pnevmoniyası diaqnozu qoymuşdular. İlk test neqativ nəticələnsə də, sonradan xəstəxanada pasiyentin beyin qişasında koronavirus aşkar olunmuşdu.

Belçikanın Mons Universitetinin bir tədqiqatı da yeni növ virusun beynə təsirini üzə çıxarıb. 417 pasiyentin heç də hamısında soyuqdəymə əlamətləri gözə dəymirmiş. Onların yalnız 86 faizində yüngül simptomlar müşahidə edilibmiş. İtaliyadakı tədqiqatda isə pasiyentlərin 64 faizində orta əlamət göstəriciləri müəyyən olunmuşdu. Sonradan məhz sinir sistemindəki ciddi problem özünü göstərmişdi.

İsveçrədə bu istiqamətə daha həssas yanaşmağa başlayıblar. Başağrısı, başgicəllənmə varsa, deməli, həm də koronavirusa yoluxma ehtimalı yaranıb. İnfeksiyanın beyni sıradan çıxarmaq qabiliyyəti getdikcə daha ciddiyə alınır.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »