Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ ət qıtlığı ilə üzləşə bilər

ABŞ-da donuz və mal əti istehsalı ilə məşğul olan 13 böyük zavod fəaliyyətini dayandırıb. Bloomberg-in yazdığına görə, bu, ölkədə ət çatışmazlığı yarada bilər.

Hazırda donuz əti emal edən zavodların 25 faizi, mal əti istehsal edənlərin isə 10 faizi işləmir. Tyson Foods Inc. Korporasiyası aprelin 24-də Vaşinqton ştatındakı mal əti istehsalı zavodunu bağladığını elan edib. Eyni proses Kanadada baş verdiyinə görə bir çox şirkətlər ABŞ-a ət ixracını dayandırmağa hazırlaşırlar. Dünyanın ən böyük ət istehsalçısı olan JBS SA şirkəti bəyan edir ki, tezliklə ət çatışmazlığı meydana çıxa bilər. Çatdırılmada baş verən problemlər üzündən mal ətinin qiyməti rekord həddə çatıb, bekon isə 137 faiz bahalaşıb.

Bu günlərdə məlum olub ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin ət istehsalı zavodları ilə əlaqələndirici vəzifəsində çalışan 100 əməkdaşında koronavirus aşkarlanıb. Bu əməkdaşların aşkarlanmaya qədər ət istehsalı müəssisələrində çalışanları da yoluxdurub-yoluxdurmadıqları bilinmir.

Emal zavodlarının bağlanması üzündən tələbatın azalmasına görə donuz yetişdirən Kanadanın şərq əyalətlərindəki fermerlər kəsimə hazırladıqları heyvanları öldürürlər. Məsələn, Minnesotada fermerlərinin yaxın bir neçə həftə ərzində 200 min donuzu məhv edəcəkləri gözlənilir.

ABŞ hökumətinin aprelin 22-də açıqladığı məlumatdan aydın olur ki, ölkədə dondurulmuş mal, donuz və quş əti ehtiyatları 2 həftəyə ancaq çatar. Zavodların çoxunun faəliyyətinin də 14 günlüyə dayandırıldığını nəzərə aldıqda, bu vəziyyətin ölkədə tezliklə ət çatışmazlığına səbəb olacağı təhlükəsi artır.

Bir neçə gün əvvəl dünyanın ən böyük ət istehsalçılarından olan Smithfield Foods Inc şirkətinin Cənubi Dakotada yerləşən və ABŞ-ın ət tələbatının 4-5 faizini təmin edən zavod yüzlərlə işçisi koronavirusa yoluxduğuna görə işini dayandırıb. (Musavat.com)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »