Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qayğınz hər bir ailədə hiss olunub”

Prezidentə vətəndaş məktubları gəlməkdə davam edir

Azərbaycanın paytaxtından və bölgələrindən, eləcə də, xarici ölkələrdən Prezident İlham Əliyevə dəstək və minnətdarlıq məktubları gəlməkdə davam edir. Məktub müəllifləri bir çox səbıblərə görə Prezidentə təşəkkür edirlər. Birincisi, COVİD-19 yeni tipli koronavirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirlərlə, ikincisi, pandemiya nəticəsində əhaliyə və iqtisadiyyta dəyən zərərin dövlət tərəfindən qarşılanması və maliyyə və sair dəstəyin verilməsinə görə. Məktub müəlliflərinin hamısı Prezidentin yanında olduqlarını bildirirlər və dövlətin apardığı siyasət nəticəsində Azərbaycanın bu bəladan az itki ilə çıxacağına inandıqlarını yazırlar. Vətəndaşlar həmçinin Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edirblər. Həmin məktublardan daha bir neçəsini dərc edirik

Milli Qəhrəman Məhərrəm Seyidovun həyat yoldaşı Şəkər Seyidova Bakıdan yazır: “Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qeydinə qalmağınız, bu çətin vaxtda xalqa maddi və mənəvi cəhətdən dəstək olmağınız biz şəhid ailələrini çox sevindirir. Mən şəxsən öz Prezidentimlə fəxr edirəm. Torpaq, Vətən yolunda şəhid olan qəhrəman oğulların ata və anaları, ailələri, övladları Sizə əmanətdir. Cənab Prezident, Heydər Əliyev Fondunun dəstəyi hesabına iki dəfə ağır əməliyyat keçirmişəm. Bu gün həyatda olduğum üçün Sizlərə borcluyam”.

Daha bir Milli Qəhrəmanın ail üzvü Əliyeva Pakizə Camal qızı Goranboyun Qızılhacılı qəsəbəsindən yazır: “Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında bizim ölkənin adı ölüm hallarının sayına görə son pillələrdədir. Siz xalqımızın sağlamlığı üçün əlinizdən gələni əsirgəmədiniz. Aztəminatlı ailələrə dövlət tərəfindən davamlı yardımlar edilir.Cənab Prezident, Siz nazirlərlə keçirdiyiniz videomüşavirədə qeyd etdiniz ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün dövlət tərəfindən yardım 200 min nəfərə deyil, 600 min insana iki ay ərzində hər ay 190 manat olmaqla verilməlidir. Bu, bir daha onu göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız, onun sevinc və kədərinə şərik olursunuz. Sizin qayğınız və səmimiyyətiniz hər bir azərbaycanlı ailəsində hiss olunub, bu gün də olunmaqdadır. Sizin tərəfinizdən edilən müraciətlər, tövsiyələr, məzuniyyətə buraxılan işçilərin əməkhaqqının ödənilməsi, 190 manat vəsaitin ayrılması, “Biz birlikdə güclüyük!” kimi çağırışlarınız Azərbaycan xalqını qorumaq üçündür”.

11-ci sinif şagirdi Aida Yusifova Ağdaşdan yazır: “Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımı sosial və iqtisadi tədbirlər görülmüşdür. Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görədə hamı bu məsələyə çox ciddi yanaşmalı və öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Belə olduğu halda, mən əminəm ki, biz bu virusdan asanlıqla qalib gələcəyik. Biz birlikdə güclüyük. ... Sizin sayənizdə dərslərimi daha çox həvəslə oxuyuram. İnşallah bir gün müəllimə olsam, dərs keçəcəyim şagirdlərə ölkəmizin bu ağır sınaqlardan necə keçdiyindən danışacam”.

Şamaxının Şəhriyar qəsəbısindən hərbi qulluçu Vüqar Quliyev yazır: “. Sizin insanlara göstərdiyiniz qayğı, diqqət və dəstək sayəsində bu problemin tezliklə bitəcəyinə inanır və bu yolda atılan hər bir addımınızı dəstəkləyirik. …Azərbaycana xidmət edən hərbi qulluqçu kimi Sizin həyata keçirdiyiniz məqsədyönlü tədbirləri izləyir və bununla fəxr edirəm. Azərbaycanın qonşu dövlətlərlə sərhəd rayonlarında koronavirus təhlükəsi tam nəzarətə götürülüb, bu bəlanın daha geniş yayılmasının qarşısı alınıb”.

“Mənim 82 yaşım var. Ali təhsilli 7 övladım, nəvələrim və nəticələrim var. Bu günə qədər ibadətimdən qalmamışam. Hər gün namaz qılarkən müstəqil Azərbaycan dövləti, onun qurucusu ulu öndərimiz Heydər Əliyev, Sizin və ailəniz üçün dualar edirəm. Qoy, etdiyim dualar bu çətin yolda Sizə və ailənizə kömək olsun. İnanıram ki, dünyanı bürüyən bu bəladan Allahın köməyi, Sizin qətiyyətiniz sayəsində tezliklə qurtula biləcəyik”.

Bunu Abasova Ayna Hidayət qızı Masallı rayonu, Xırmandalı kəndindən yazır..

Başqa bir məktub isə Bakıda məskunlaşmış Ağdamlı köçkün Aysel Əhmədovadan gəlib: “Hazırkı pandemiya dövründə ölkəmiz üçün gördüyünüz işləri, xalqa göstərdiyiniz qayğını, dəstəyinizi alqışlayıram. Doğma yurdum Azərbaycanın Sizin kimi dövlət başçısı olduğu üçün qürur duyuram. Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində vətəndaşların sosial rifahı son illər ərzində xeyli yaxşılaşıb”.

Rusiyanın Moskva şəhərindən Namiq Rəşidov da Prezidentə müraciət edib: “Rusiyada və Azərbaycanda keçirilən tədbirləri, onların təşkilatçılıq səviyyəsini müqayisə etməyə də imkanımız var. Qeyd etmək istəyirəm ki, Azərbaycan əksər hallarda daha irəlidədir. Bu, bizi - doğma Vətəndən kənarda yaşayan azərbaycanlıları ruhlandırır. Qoy, Azərbaycanımız yaşasın və daim inkişaf etsin. Biz hər bir çətinliyə birlikdə qalib gələcəyik”.

Gəncədən Nurəddin Həsənov: “Cənab Prezident, xalqımız həmişə Sizinlə olub və bundan sonra da Sizinlə olacaqdır. Bu çətin günlərdə xalqımıza dəstək olduğunuz üçün Kəlbəcər Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi adından Sizə dərin minnətdarlığımızı bildiririk”.

Bakıdan Türkan qəsəbəsindən Bikəxanım Əliyeva: Hörmətli cənab Prezident.Mən Sizin Almaniyanın Münxen şəhərində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən ənənəvi konfransdakı nitqinizi diqqətlə izlədikdən sonra sevincimin həddi-hüdudu yox idi. Konfransda iştirak edənlər də, dünya ictimaiyyəti də Ermənistan rəhbərinin Sizin dərin biliyinizin qarşısında aciz qaldığını gördülər.Koronavirus pandemiyası dünyanı bürüdüyü bir vaxtda ölkəmizdə bu xəstəliklə mübarizə aparmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə qətiyyətli qərarlarınızla bizə bir daha qürur hissi yaşatdınız. Buna görə də xalqımız Sizin ətrafınızda sıx birləşərək, pandemiya ilə səmərəli mübarizə aparır”.

Qəbələdən Nazim Mustafayev: “Dünyanı bürüyən koronavirus pandemiyasının qarşısını almaq üçün atdığınız bütün addımları dəstəkləyirik. İnkişaf etmiş ölkələr bu pandemiya qarşısında aciz qalaraq kömək istəməyə məcbur qalsalar da, Azərbaycan Sizin sayənizdə bütün problemlərin öhdəsindən gəldi. Siz bu çətin sınaqda Azərbaycanın qüdrətli dövlət olduğunu bir daha sübut etdiniz, vətəndaşlarımızı qorumaqla əsl rəhbər kimi hər birimizə dayaq, dəstək olduğunuzu göstərdiniz.

…Azərbaycan xalqı yaranan çətinliklərin öhdəsindən həmişə gəlib. Ölkəmizdə böyük uğurların əsas səbəbi liderlə xalqın birliyidir. Ən çətin vaxtlarda lider öz xalqının, vətəndaş isə öz liderinin yanındadır. İnanırıq ki, tezliklə bu narahat günlərimiz arxada qalacaq, rəhbərliyinizlə bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcəkdir”.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »