Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim ölkəmiz infeksiyya qarşı etibarlı qalxan tutub”

Prezidentə vətəndaş məktubları gəlməkdə davam edir

Azərbaycanın paytaxtından və bölgələrindən, eləcə də, xarici ölkələrdən Prezident İlham Əliyevə dəstək və minnətdarlıq məktubları gəlməkdə davam edir. Məktub müəllifləri bir çox səbıblərə görə Prezidentə təşəkkür edirlər. Birincisi, COVİD-19 yeni tipli koronavirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirlərlə, ikincisi, pandemiya nəticəsində əhaliyə və iqtisadiyyta dəyən zərərin dövlət tərəfindən qarşılanması və maliyyə və sair dəstəyin verilməsinə görə. Məktub müəlliflərinin hamısı Prezidentin yanında olduqlarını bildirirlər və dövlətin apardığı siyasət nəticəsində Azərbaycanın bu bəladan az itki ilə çıxacağına inandıqlarını yazırlar. Vətəndaşlar həmçinin Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edirblər. Həmin məktublardan daha bir neçəsini dərc edirik

Səxavət Abdullayev və başqalarından (Ağcabədi): “Taclı virus” adlandırılan COVID-19 infeksiyası bu gün planeti narahat edir. Ancaq şübhə yoxdur ki, müxtəlif ölkələrdə insanların bu narahatlığı müxtəlif dərəcədədir. Mətbuatdan, internet resurslarından oxuyur və bilirik ki, bir sıra ölkələr bu virusla mübarizədə hələ də çıxılmaz vəziyyətdədir. Həmin ölkələrin vətəndaşları təbii ki, indi daha ağır günlər keçirir. Bizim ölkəmiz isə sanki bu infeksiyaya qarşı çox etibarlı və dayanıqlı qalxan tutub. Yoluxma və ölüm hallarının aşağı səviyyədə olması bunu deməyə əsas verir. Biz bütün bunları görür və özümüzdə rahatlıq tapırıq. İndiki çətin dövrdə əlbəttə ki, bunun dəyəri çox böyükdür”.

Qobustandan Məzahir Mahmudov: “Ölkəmizin koronavirus pandemiyasından qorunması üçün əlinizdən gələni əsirgəmirsiniz. Sizin göstərişinizə əsasən ölkəmizdə karantin rejimi tətbiq olunub. Yaşı 65-dən yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulub, vətəndaşlar “Evdə qal!” kampaniyasına qoşulmağa çağırılıb. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdiniz.Koronavirus pandemiyası bütün dünya iqtisadiyyatını çökdürdüyü halda, bizim Qobustan rayonunda Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Bu, ölkəmizin iqtisadi qüdrətindən xəbər verir”.

Mahir Yaqubov Sumqayıtdan yazır ki, Hörmətli cənab Prezident. Koronavirus adlanan yeni bir xəstəlik bütün dünyaya yayılıb. Bəşəriyyət çıxılmaz vəziyyətdədir. Bu bəla ölkəmizdən də yan keçməyib. Ancaq Sizin sayənizdə ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısı alındı, demək olar ki, yox dərəcəsindədir. Sizin zəhmətiniz və səylərinizin bəhrəsidir ki, ölkəmiz dünyada bu virusdan ən az ziyan çəkən ölkələrdəndir. Bizi bu bəladan Siz xilas edirsiniz, Allah da Sizi qorusun”.

Aynurə Abdulhəmidova Şəkidən yazır: “Yeni növ koronavirus infeksiyasına qarşı genişmiqyaslı mübarizə məqsədilə atdığınız qətiyyətli və məqsədyönlü addımlarınız, o cümlədən laboratoriyaların, çatışmayan tibbi ləvazimatların istehsalı üzrə müəssisələrin fəaliyyətə başlaması və ya yenidən təşkili, modul tipli xəstəxanaların tikintisi ilə bağlı verdiyiniz sərəncamlar, virusla birbaşa mübarizəyə cəlb olunmuş həkimlərin maaşlarının bir neçə dəfə artırılması Sizin həmişə xalqın yanında olduğunuzu göstərir. Yaranmış sosial-iqtisadi çətinliklərin işsiz şəxslərə və sahibkarlara təsirini azaltmağa yönələn yardım paketlərinin ayrılması və digər tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut edir. Pandemiya qurbanlarının sayının çoxalmaması və rəhbərliyinizdə aparılan qabaqlayıcı tədbirlərin səmərəliliyinin azalmaması üçün Sizin “Biz birlikdə güclüyük!”, “Evdə qal!” kimi çağırışlarınıza səs verən, bütün dövrlərdə Sizə tam etimad göstərən xalqımız adından Zati-alinizə minnətdarlığımızı bildirirəm”.

Seymur Əsgərov Göygöl rayonundan yazıb: “Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətində birdəfəlik ödənişin edilməsi, bu mübarizənin önündə gedən tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərininin açılması bir daha Sizin xalqımıza olan sevginizin göstəricisidir. Sizin bu həssas anlarda həyata keçirdiyiniz genişmiqyaslı tədbirlər insanlarımız tərəfindən yüksək qiymətləndirilir”.

Günel Həsənova Lənkərandan yazır: “Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalmaları ilə əlaqədar yarana biləcək problemlər də nəzərə alındı, onların sosial rifahı ilə bağlı qərarlar qəbul olundu. Aztəminatlı ailələrə 190 manat vəsaitin verilməsi ilə bağlı Sərəncam imzaladınız.Möhtərəm cənab Prezident, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız. Bütün bunlara görə bir müəllim və ziyalı ailə olaraq Sizə minnətdarıq”.

Lerikdən Təbriz Abdullazadə: “Bəşəriyyətin böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Koronavirus pandemiyası hər gün dünyada minlərlə insanın həyatına son qoyur. Bu dəhşətli infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla səmərəli mübarizə tədbirləri həyata keçirilir. Bu ölkənin vətəndaşları olaraq yaxşı dərk edirik ki, virusla mübarizədə maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik.

Cənab Prezident, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Abşerondan Çingiz Mahmudov: “Cənab Prezident, əminik ki, bu xəstəlik tezliklə başa çatacaq və biz Sizin rəhbərliyinizlə daim inkişaf edən Azərbaycanda firavan həyat yaşayacağıq. Biz birlikdə güclüyük”.

Başqa vətəndaş məktublarında da eyni fikirlər və minnətdarlıq ifadə olunur.

Hörmətli cənab Prezidentimiz.Mən əliləm, on ildir yataq xəstəsiyəm. 12 yaşlı oğlum var. İşləməsəm də, onun gələcəyi üçün narahat deyiləm. Çünki bizim Sizin kimi Prezidentimiz var. Əlil olsam da, diqqət və qayğı görürəm. Son vaxtlar bu qayğı daha da artıb. Siz daim xalqın arxasındasız. Bu günlər isə ən qayğıkeş ata kimi hər bir vətəndaşa diqqət yetirirsiniz, hamımızı xəstəliklərdən, bəlalardan qoruyursunuz. Sizin sayənizdə Azərbaycan gündən-günə inkişaf edir. Biz Sizinlə fəxr edirik və hər zaman Sizinləyik, sevimli, qayğıkeş Prezidentimiz!

Hörmətlə,

Şahməmmədov Rasim Eldar oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.

Cənab Prezident!

Sizin siyasətinizin əsas məqsədi dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Xalqımız bunu bilir və yüksək qiymətləndirir.Bu çətin günlərdə aztəminatlı ailələrə edilən yardımlar bir daha göstərdi ki, dövlətimiz hər zaman arxamızdadır.Cənab Prezident, koronavirus pandemiyasının qarşısını almaq üçün atdığınız bütün addımlara görə qəsəbəmizin sakinləri adından Sizə təşəkkür edirik. Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Məmmədov Qəhrəman Aslan oğlu, Əliyev Rizvan Məmməd oğlu,Hacıyev Şakir Şərif oğlu, Əliyev Arzu Şəmsəddin oğlu. Azərbaycan Respublikası, Ağdam rayonu, Qasımbəyli kəndi.

Möhtərəm cənab Prezident.

…Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb.Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Allah Sizi və xalqımızı qorusun.

Dərin hörmətlə,

İbişov Mehman Şöhlət oğlu, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Şəki rayonu, Yeni Çələbixan qəsəbəsi.

Əziz və sevimli Prezidentimiz.

Bu ağır və çətin günlərdə bizim kimi sadə vətəndaşların yanında olduğunuza, xüsusi karantin rejimi müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat vəsaitin ödənilməsinə görə Gəndov kəndində yaşayan bütün ailə üzvlərimin adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Bir daha əmin olduq ki, Sizi özümüzə Lider seçməkdə yanılmamışıq. Ümummilli Liderimiz kimi, Siz də mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə xalqı irəli aparmağa qadir rəhbərsiniz və bizim yaddaşımızda daim belə olacaqsınız. Allah yardımçınız olsun.

Hörmətlə,

Həsənov Taleh Təbriz oğlu.

Azərbaycan Respublikası, Şabran rayonu, Gəndov kəndi.

Cənab İlham Heydər oğlu.

Son zamanlar Yer kürəsini saran COVID-19 virusu bir çox ölkənin həm əhalisini, həm də iqtisadiyyatını məhv etməkdədir. Ancaq Sizin uğurlu siyasətiniz və uzaqgörənliyiniz sayəsində ölkəmiz bu bəladan minimum itki ilə yaxa qurtarmaqdadır. Sizin verdiyiniz sərəncamlar və fərmanlar vaxtında icra edildi və bununla da ölkəmiz həm əhali, həm də iqtisadiyyat baxımından vəziyyətdən daha yaxşı çıxdı. Bütün bunlar Sizin uğurlu siyasətiniz nəticəsində mümkün oldu.

Hörmətlə,

Mehrabov Minnər Qorxmaz oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Sarıcəfərli kəndi.

Hörmətli cənab İlham Əliyev.

Məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı.

Biz əminik ki, Sizin düşünülmüş siyasətinizlə tezliklə bu pandemiyaya da qalib gələcəyik. Xalqın bu qorxulu xəstəlikdən qorunması üçün tətbiq edilən xüsusi karantin rejimi pandemiyanın yayılmasının nəzarət altına alınmasına çox kömək etdi. “Evdə qal, sağlam qal!” çağırışınıza hər kəs qoşuldu.

Evdə qaldığımız vaxtda dövlət və xalq bir- birinə arxa, dayaq oldu. Biz birlikdə daha güclü olduq.

Cənab Prezident, gördüyünüz bütün tədbirlərə görə Tərtər sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Biz Sizə güvənir və Sizinlə birlikdə daha güclü oluruq. Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Hüseynov Tofiq Ədil oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.

Cəbrayılın Qumlaq qsəbəsindən Orxan Miriyev: “Hörmətli cənab Prezident. Biz Cəbrayıl rayonundan məcburi köçkün ailəsiyik. Bizi evlə təmin etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Tələbə olduğum üçün təhsil haqqım da dövlət tərəfindən ödənilir. Ulu öndər Heydər Əliyev də biz məcburi köçkünləri heç vaxt unutmayıb, hər zaman yanımızda olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da təşəkkürlərimizi bildiririk. Biz hər zaman Sizi dəstəkləyirik.Dünyaya meydan oxuyan koronavirusdan qorunmaq üçün ölkəmizdə yaratdığınız şərait hesabına biz azərbaycanlılar rahat evimizdə otururuq. İnşallah, Sizin siyasətiniz nəticəsində Dağlıq Qarabağ erməni işğalından azad olar və biz öz dədə-baba torpaqlarımıza gedərik. Bizi hər zaman ön planda tutduğunuza görə Sizə minnətdarıq. Şəxsən öz adımdan və ailəm adından Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik”.

“Hörmətli cənab Prezident. Bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası ölkəmizdən də yan keçməyib. Siz ilk gündən etibarən çevik qərarlar qəbul etdiniz və qabaqlayıcı tədbirlər gördünüz. Məhz bu qərarlar, bu tədbirlər Azərbaycan xalqının sağlamlığını qorudu”. Bu sözləri isə Rüfət Nəsirov Kürdəmir rayonunun Mehdili kəndindən yazıb.

Lənkəranın Nərimanabad qəsəbsindən İman Mikayılov yazır: “Mən müəlliməm, ölkəmizdə təhsil sahəsində aparılan quruculuq işləri ürəyimizdən xəbər verir. Hazırda qəsəbəmizdə yeni məktəbin tikintisi sürətlə davam edir. Bu günlərdə belə diqqət bizi təsirləndirdi. Buna görə Sizə “Çox sağ olun!” deyirik. Qeyd etdiyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz Sizə inanırıq, Sizin arxanızdayıq”.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »