Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalisi evə qapadılan şəhərdə küçələri donuzlar ələ keçirdi - Video

Türkiyənin kurort şəhərlərindən sayılan Marmarisdə insanlar sərt karantin rejiminə əməl etməyə çalışır. Şəhər əhalisi evə qapanıb, küçələr boşalıb.

Bizimyol.info xəbər verir ki, Marmarisdə küçələri donuzlar ələ keçirib. Heyvanlar asfaltın üzərində sürülərlə gəzirlər. Marmarislilər bu mənzərəni pəncərədən izləyir. Bir də sosial şəbəkələrdə donuzların gəzintisini əks etdirən videolar paylaşırlar.

Türkiyə koronavirusdan ən çox əziyyət çəkən ölkələrdəndir. Ona görə də sərt karantin qaydalarına əl atılır. Böyük şəhərlərdə ardıcıl dörd gün küçəyə çıxmaq yasaq olunub. Türkiyə virusa yoluxma statistikasına görə dünyada yeddinci yeri tutur.

İndiyə qədər Türkiyədə 101 790 nəfərdə infeksiya aşkarlanıb. Pandemiya dövründə 2491 nəfər virusdan həyatını itirib.

Türkiyə Səhiyyə Nazirliyi karantin rejiminin yumşaldılması məsələsinə aprelin 25-də baxacağını bildirib. Nazir Fahrettin Kocanın sözlərinə görə, sabah sutkalıq yoluxma sayı 5 mindən az olsa, əmin addımlar atmaq mümkündür.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »