Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada restoranlar və kafelər işə başlayır

İtaliyada koronavirusun pik həddi geridə qalıb. Xüsusilə virusa yoluxanların sayında böyük azalma var.

Bizimyol.info xəbər verir ki, İtaliyada restoranlar və kafelər işə başlayır. Böyük ehtimalla mayın 11-dən qida sektorundakı müəssisələrə işi bərpa etməyə icazə verəcəklər. Bir şərtlə ki, sosial məsafə gözlənilsin. Yəni restoranlara və kafelərə ənənəvi saydan iki dəfə az müştəri gələ bilər. Masaların arasında şüşədən baryer qoyulması tövsiyə edilir.

Ümumiyyətlə, İtaliyada karantin rejiminin qaydalarında yumşalmaya start verilib. Bir çox şəhərlərdə iaşə obyektlərinin işə başlamasına icazə verilir.

Koronavirus İtaliyaya fevralın əvvəllərində gəlmişdi. İlk zərbəni Lombardiya bölgəsi almışdı. Bundan sonra yoluxanların və ölənlərin sayı sürətlə artmağa başlamışdı. Son məlumata görə, İtaliyada indiyə qədər 189 mindən çox vətəndaşda infeksiya aşkarlanıb. 25,5 mindən çox insan pandemiya üzündən həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada virusa yoluanların sayı 2,76 milyonu keçib. Virus təxminən 193 min nəfərin həyatına son qoyub.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »